CƏMİYYƏT


Paytaxt küçələrində fiziki məhdudiyyətli insanlar və uşaq arabaları rahat hərəkət edə bilmir

Fiziki qüsurlu şəxslərin və yaxud uşaq arabaları istifadəçilərinin yolu rahat keçməsi üçün istifadə olunan panduslara paytaxtımızda çox az rast gəlinir. Rast gəldikdə isə bəzən həmin pandusların standartlara uyğun gəlmədiyini görürük. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, paytaxtda 2017-ci ildən pandusların quraşdırılmasına başlanılıb və davamlı olaraq işlər davam etdirilir. Şəhərimizdə indiyə qədər 2500-ə yaxın pandus quraşdırılıb.