CƏMİYYƏT


İrandan 93 kiloqram narkotik gətirən şəxs saxlanıldı - Əməliyyat görüntüləri

Narkotik vasitələrin ölkənin əlverişli relyef şəraitindən istifadə olunmaqla transit yollarla Avropa ölkələrinə daşınması istiqamətində qeydə alınan cəhdlərdə son dövrlər intensivlik müşahidə edilir.
Belə ki, xaricdə, xüsusən İranda yaşayan narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslər narkotik vasitələri keçilməsi çətin olan dağlıq ərazilər və dəniz vasitəsilə qaçaqmalçılıq yolu ilə Azərbaycana buradan da digər ölkələrə göndərməyə çalışırlar.