Azərbaycan Dövlət İnformasiya Agentliyi

Barmağında dəmir halqa qalan azyaşlıya yardım edildi

09.07.2023 [18:41]

Bakıda azyaşlının barmağında sıxışan dəmir halqa çıxarılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər uşağın barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Təcili tibbi yardım briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmin edilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI