Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

DİN və DSX İmişlidə əməliyyat keçirib, 58 kq narkotik götürülüb

12.07.2023 [13:12]

Xəbərin mətni

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin Horadiz Sərhəd Dəstəsinin əməkdaşları tərəfindən birgə keçirilən daha bir əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. Daxil olmuş əməliyyat məlumatı əsasında İmişli rayonunda keçirilən tədbir zamanı Göyçay şəhər sakinləri əvvəllər məhkum olunmuşlar - Ruslan Qasımov, Nurlan Mehdiyev və Elmir İsmayılov narkotik madələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar.