Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyada ən yüksəkdə yerləşən tarixi saray - Tibet, Potala sarayı

12.07.2023 [15:14]

Xəbərin mətni

Tibet muxtar rayonunun paytaxtı Lasa şəhərindəki Potala sarayı Tibet buddizm incəsənətinin şah əsəri, qoruyucu məbədi hesab olunur. Dəniz səviyyəsindən təxminən 3700 metr yüksəklikdəki saray şəhərin mərkəzində, Qırmızı dağda yerləşir. Qranit, kərpic və ağacdan inşa olunan, Tibetin vizit kartlarından biri sayılan Potala məbədi 1994-cü ildə UNESCO tərəfindən Dünya İrs Siyahısına daxil edilib.