İQTİSADİYYAT


Salyan rayonunda 33 km-lik yol yenidən qurulur

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Salyan rayonunun Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistralını Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yollarının yenidən qurulması layihəsinin icrası davam etdirilir. Bu kəndlərə gedən yolların ümumi uzunluğu 33 km təşkil edir.
Layihə çərçivəsində işlər qeyd olunan kənd yolları üzrə növbəli şəkildə həyata keçirilir. Belə ki, hazırda işlər layihənin Boranıkənd, Dayıkənd, Sarvan və Şorsulu kəndləri hissəsində aparılır.