CƏMİYYƏT
Oğuzda 3 maşın toqquşdu: Xəsarət alan var
12.07.2023 [17:48]
Qəzaya səbəb “Chevrolet” markalı avtomobilin ötmə zamanı yol-hərəkət qaydalarına əməl etməməsi, qarşıdan gələn “VAZ-2107” minik maşınının qarşısına çıxması nəticəsində baş verib.
Bu zaman hərəkətdə olan digər avtomobil də qəzadan yayına bilməyib. Zəncirvari qəzada “VAZ”ın sürücüsü, Şəki rayon sakini Elvin Əliyev xəsarət alıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.