Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ağdam və Füzuli şəhərlərində 8 yaşayış məhəlləsinin tikilməsi planlaşdırılır

13.07.2023 [16:18]

Xəbərin mətni

Sosial infrastruktur baxımından 2026-cı ilin sonunadək Qarabağ iqtisadi rayonu üzrə Ağdam və Füzuli şəhərlərində 8 yaşayış məhəlləsinin, Hadrut və Suqovuşan qəsəbələrinin və 32 kəndin tikilməsi planlaşdırılır. Artıq Talış kəndində 1-ci faza üzrə 20 fərdi yaşayış evi və 10 qeyri-yaşayış obyekti tamamlanaraq keçmiş məcburi köçkünlərə təhvil verilmişdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.