SİYASƏT


Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdən birində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn qəhrəman Vətən övladlarının xatirəsinə həsr olunan "Şəhidlər unudulmur" adlı tədbir keçirilib.
Mərasimdə Müdafiə Nazirliyinin, Ağdam rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, hərbi qulluqçular, eləcə də digər qonaqlar iştirak ediblər.