CƏMİYYƏT


İsmayıllıda selin apardığı avtomobilin son halı

Xəbər verdiyimiz kimi, dünən İsmayıllıya qonaq gələn Türkmənistan vətəndaşlarının maşınını sel aparıb.
AZƏRTAC xəbər verir ki, rayonun Yuxarı Zərnava kəndinə qonaq gələn Türkmənistan vətəndaşları olan ər və arvad kəndi tərk etmək üçün çaydan keçməyə cəhd göstəriblər. Yağan yağışlar nəticəsində Girdiman çayında suyun artması nəticəsində avtomobil çayın ortasında qalıb. Köməksiz vəziyyətdə qalan qonaqlar kənd sakinlərinin köməyi nəticəsində avtomobildən çıxarılıb.