CƏMİYYƏT


Qanunsuz balıq ovlayanlar saxlanıldı

Balıq, həmçinin digər su bioresurslarının istifadəsinə, eləcə də mühafizəsinə nəzarəti daha gücləndirmək məqsədilə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin əməkdaşları ilə birgə növbəti profilaktik tədbir həyata keçirib. Tədbir zamanı Neftçala rayon sakinləri Zahir Cəfərov və Telman Məmmədov Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan zaman saxlanılıblar. Onlardan bir ədəd “Yamaha” mühərriki ilə təchiz edilmiş qayıq, sintetik sapla toxunmuş qanunsuz balıq ovundan istifadə olunan 5 ədəd 150 metr uzunluğunda tor, digər qadağan olunmuş balıq ovu alətləri və 262 ədəd kefal balığı aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı bu şəxslərin su bioresurslarından qanunsuz olaraq istifadə etmələri nəticəsində ekologiyaya 3000 manat maddi ziyan vurduqları müəyyən edilib.