CƏMİYYƏT


Narkotik asılılığının və narkotacirlərin qarşısını almaq üçün qaynar xətt

Bu ilin yanvar və iyun ayları ərzində narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 5881 cinayət faktının üstü açılıb. 6 ay ərzində ümumilikdə 4 ton 623 kq narkotik vasitə və psixatrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Bütün bu narkotikanın ümumi dəyəri 219 milyon 430 min manat olaraq qiymətləndirilib. Narkotika ilə mübarizə üçün yaradılan “802” qaynar xəttinə narkotik asılılıqdan əziyyət çəkən şəxslər, eyni zamanda narkotik asılılıqdan əziyyət çəkən ailələr və o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı məlumat vermək istəyən şəxslər zəng edə bilərlər.