CƏMİYYƏT


Leysan və dolu Balakəndə fəsadlar törətdi

Axşam saatlarından başlayaraq Balakən və Zaqatala rayonlarında qeyri-sabit hava şəraiti höküm sürüb.
Güclü külək, leysan və dolu daha çox Balakən rayonun Kortala və Meşəşanbul kəndlərində özünü göstərib. Qasırğa və güclü külək nəticəsində rayonun Kortala kəndində fərdi yaşayış evlərinin, yardımçı tikililərinin dam örtüyünü külək aparıb.