Azərbaycan Dövlət İnformasiya Agentliyi

148 yaşlı mətbuatımızın 103 yaşlı AZƏRTAC-ı REPORTAJ

22.07.2023 [19:01]

22 iyul 1875-ci ildə Azərbaycan mətbuatı "Əkinçi" ilə ilk addımlarını atdı. 148 illik Azərbaycan mətbuatı tarixinin 103 ilinə isə AZƏRTAC şahidlik edir. Yarandığı gündən etibarən ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında baş verən yeniliklər barədə informasiyaları ictimaiyyətə dəqiq və qərəzsiz formada çatdırmaq başlıca məqsəd olaraq seçilib.