MƏDƏNİYYƏT


Qlobal Forumun iştirakçıları Qazançı kilsəsini ziyarət ediblər

İyulun 22-də milli mətbuatımızın 148 illiyi münasibətilə Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun iştirakçıları şəhərin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.
Qonaqlar əvvəlcə Şuşa qala divarlarını ziyarət ediblər. Burada onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı, Yuxarı Gövhər Ağa məscidi, Mehmandarovların malikanəsində olublar. Gəzinti zamanı işğal dönəmində mədəniyyət abidələrimizə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktlarımızın saxtalaşdırılması barədə də məlumat verilib.
Sonda qonaqlar Qazançı kilsəsini ziyarət ediblər. Qeyd edək ki, kilsədə hazırda restavrasiya işləri gedir. Bu da Azərbaycan dövlətinin multikultural ənənələrə sadiqliyinin göstəricisidir.