CƏMİYYƏT


Qaxın Mamırlı şəlaləsinə turistlərin ziyarəti davam edir

Əsrarəngiz təbiəti, şəfaverici bulaqları, termal suları, füsunkar şəlalələri ilə tanınan bölgələrimizdən biri də Qax rayonudur. Təsadüfi deyil ki, rayon ərazisində fərqli ölçüdə və hündürlükdə 10-dək şəlalə var ki, onların da hər biri öz gözəliyi ilə seçilir. Belə şəlalələrdən biri də Ləkit kəndi ərazisində, dağların ətəyində, eyniadlı çayın sağ sahilində yerləşən Mamırlı şəlalədir. Xalq arasında bu şəlaləyə həm də Damcılı şəlalə də deyilir. Yaşı bilinmir, lakin qayalardan süzülərək axan su şəlalənin ərazisində suxurlar yaradıb, onların üzərini isə yaşıl mamır örtüb.