CƏMİYYƏT
Bərdədə kanalda batan şəxsin axtarışları davam edir
25.07.2023 [12:21]
Ötən gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu kanalda batması ehtimal edilən 2003-cü il təvəllüdlü Eyvazov Kamran Müzəffər oğlunun axtarışlarına başlayıblar.
Havanın küləkli və kanalda su axınının sürətinin yüksək olmasına baxmayaraq, hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
30.09.2023 [14:32]
29.09.2023 [21:24]
29.09.2023 [13:12]
28.09.2023 [23:01]
30.09.2023 [18:38]
30.09.2023 [16:37]
30.09.2023 [15:41]
01.10.2023 [11:45]
30.09.2023 [21:36]
30.09.2023 [18:35]
19.09.2023 [19:39]
16.09.2023 [18:46]
29.09.2023 [12:45]
23.09.2023 [10:23]
30.09.2023 [15:27]
29.09.2023 [19:30]
13.09.2023 [12:42]