Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polis əməliyyat keçirdi - 25 Nepal vətəndaşı saxlanıldı

25.07.2023 [12:38]

Xəbərin mətni

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 24-də Bakı şəhərində müxtəlif ünvanlarda Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədləri olmayan əncəbilərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 25 nəfər Nepal vətəndaşı qeyd edilən qanun pozuntusuna yol verdiyi üçün saxlanılıb.