CƏMİYYƏT


Azərbaycanda ilk dəfə Qarabağda tikinti tullantıları təkrar emal olunur

Qarabağın qurulmasında daha bir yeniliyə imza atılıb. Ölkəmizdə ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb. Tullantıların təkrar emalı ilk olaraq Ağdam rayonunda həyata keçirilir. Artıq ilk tikiləcək yaşayış məntəqələrində emal avadanlıqları quraşdırılıb. Ərazidəki tullantılar, dağıdılmış tikililərin qalıqları təkrar emal olunur. Emal olunan məhsullardan daha çox yolların tikintisində istifadə olunacaq.