CƏMİYYƏT
Binəqədidə hərbi sursat aşkar edilib
26.07.2023 [10:25]
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Ziya Bünyadov prospektində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQD-5 əl qumbarası olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
30.09.2023 [14:32]
29.09.2023 [21:24]
29.09.2023 [13:12]
28.09.2023 [23:01]
30.09.2023 [18:38]
30.09.2023 [16:37]
01.10.2023 [11:56]
01.10.2023 [11:45]
19.09.2023 [19:39]
16.09.2023 [18:46]
29.09.2023 [12:45]
23.09.2023 [10:23]
30.09.2023 [15:27]
29.09.2023 [19:30]
01.10.2023 [11:48]