Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN ticarət mərkəzində təlim keçirib

26.07.2023 [12:55]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonunun Fətəli Xan Xoyski küçəsi, 14 ünvanında fəaliyyət göstərən “Gənclik Mall” ticarət mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.