SİYASƏT
Hindistanın Ermənistana daşıdığı hərbi texnikanın eksklüziv görüntüsü yayılıb
Eksklüziv kadrlar Caliber.Az tərəfindən əldə edilib.
İranın Nordüz sərhəd-keçid məntəqəsindən Ermənistana avtomobil kolonunun hərəkətinin qeydə alındığı görüntülərdə aydın müşahidə olunur ki, daşınan yükü gizlətmək üçün onun üzərinə göy rəngdə tent çəkilib.
Amma İrandan Ermənistana daşınan yüklərin hərbi məqsədlər üçün nəzərdə tutulduğu şübhəsizdir.
“Əldə etdiyimiz məlumata görə, yük İranın Bəndər-Abbas limanına çatdırılıb. Bəs görəsən, təchizatçı kimdir? İki müstəqil mənbədən əldə etdiyimiz məlumatlara görə, silah göndərən tərəf son vaxtlar Ermənistanla hərbi-texniki əməkdaşlığını sürətlə genişləndirən Hindistandır. Təkcə mətbuatdakı açıq mənbələrdən məlumdur ki, Ermənistanla Hindistan arasında dəyəri 400 milyon dollardan artıq hərbi müqavilə imzalanıb”, - Caliber.Az qeyd edir.