Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Lənkəranda ağır qəza: 7 yaralı

26.07.2023 [18:19]

Lənkəranda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə, Lənkəran - Boradigah yolunda Lənkəran rayonun Cil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonunun Vilvan kənd sakini 35 yaşlı Sadik Rzayevin idarə etdiyi “Mersedes” markalı minik avtomobili, Lənkəran rayonunun Köhnəgəgir kənd sakini 53 yaşlı Allahverdi İbrahimovun idarə etdiyi “Niva” markalı minik avtomobili ilə toqquşub.