CƏMİYYƏT
Qaxda meşədə bir nəfər itkin düşüb, axtarış aparılır
26.07.2023 [19:12]
Qax rayonunun İlisu kənd sakini Rəhman Kamallının iyulun 23-də təxminən saat 20 radələrində dağlıq-meşəlik ərazidə naməlum istiqamətdə gedərək itkin düşməsi barədə yaxınları tərəfindən polisə müraciət edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon polis şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları axtarışlara cəlb olunub.
Qeyd edək ki, itkin düşən şəxs iyulun 23-ü rayonun Sarıbaş kənd sakini Ramazan adlı çoban tərəfindən Sarıbaş kəndi yaxınlığındakı “Alagöz” yaylağına fermada işləmək üçün aparılıb. Rəhman Kamallının elə "Alagöz" yaylağı yaxınlığında itkin düşdüyü ehtimal edilir.