Bu şəxslərə sosial yardım verilməyəcək
27.07.2023 [12:01]
Bu gün də ünvanlı sosial yardım üçün bir sıra hallarda maklerlər vasitəsilə müraciətlərin şahidi oluruq.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Fondun 2023-cü ilin birinci yarısında gördüyü işlərə, yeniliklərə, qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
O bildirib ki, belə müraciətlərdə hətta vasitəçilər tərəfindən məlumatların saxtalaşdırılması halları da üzə çıxır.