CƏMİYYƏT
Hepatitin səbəb və müalicəsi
Dünyada xəstəliklərindən ölüm faktına görə qaraciyər 4-cü yerdədir. Söhbət Hepatitə yoluxmalardan gedir. Bu qaraciyər xəstəliyinin yaranma səbəbləri müxtəlifdir. Bunlara viruslar tərəfindən törədilən - virus hepatitləri, dərman preparatlarının təsiri nəticəsində yaranan - kəskin toksik hepatitlər, eyni zamanda mexaniki təsirlərdən irəli gələn - mexaniki hepatitlər və s. aiddir. Xəstəlikdən müalicə alanlar üçün xüsusi yaşıl qolbaqlar da seçilib ki, onlar da "Mən sağlamam, hepatit taleyim deyil və bundan qorunmağın yolu var" mənasını daşıyır. Qeyd edək ki, 28 iyul Ümumdünya Hepatitlə Mübarizə gününə həsr olunub və Ümumdünya Səhiyyə Təşkilatının məhz bu yöndə görülən işlərlə bağlı bir məqsədi var: 2030-cu ildə bütün dünyayada hepatitin olmaması.