CƏMİYYƏT


Binəqədidə son bir ayda narkotik satışı ilə məşğul olan 80 nəfər saxlanılıb

Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı son bir ay ərzində polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyatlar keçirilib. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 80 nəfər saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.