CƏMİYYƏT


Sədərək rayonunda "Volqa" markalı minik avtomobili yanıb

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində "Volqa” markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib. Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində bəzi detallar yanıb, avtomobil yanğından mühafizə olunub.