Azərbaycan Dövlət İnformasiya Agentliyi

Güclü külək paytaxtda qovaq ağacını aşırdı

29.07.2023 [17:14]

Paytaxtın Səbail rayonunda Qubernator bağı adlanan ərazidə güclü küləyin təsiri nəticəsində qovaq ağacı aşıb. Hazırda əraziyə Bakı Abadlıq İdarəsi və Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri cəlb olunub və ağacın ərazidən götürülməsi üçün müvafiq tədbirlər görülür.