Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəza zamanı yaranan sıxlığın həlli

31.07.2023 [17:46]

Tıxaclar bir çox böyük şəhərlərin əsas problemlərindən biridir. Paytaxtımızda da günün istənilən saatında tıxaca rast gəlmək olur. Sıxlığı yaradan səbəblərdən biri də baş verən qəzalar və hadisə zamanı yol polisinin və ya sığorta şirkətinin gəlməsini gözləyən sürücülərdir.