Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balakəndə iki maşın toqquşub, yaralılar var

01.08.2023 [11:05]

Hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, yük maşını ilə minik avtomobili toqquşub. Qəza zamanı üç nəfər xəsarət alıb.