CƏMİYYƏT


FHN yaşayış kompleksində təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 36 ünvanında yerləşən “Nika” MTK-ya məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.