Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayılın ümumi sahəsindən 110 hektar ərazisi yaşıllıq zonası olacaq

03.08.2023 [15:09]

Xəbərin mətni

Hazırda Cəbrayılda tikinti-quruculuq işləri sürətlə aparılır. Şəhərin Baş planına uyğun olaraq Cəbrayıl rayonu yeni inkişaf mərhələsinə qədəm qoyub.
Cəbrayıl şəhərinin Baş planının konsepsiyasını üç əsas amil təşkil edir. Bunlardan biri keyfiyyətli yaşayış məntəqələrinin qurulması, ikincisi, dayanıqlı yerli iqtisadiyyatın təmin olunması, üçüncüsü isə yaşıl infrastrukturun yaradılması ilə təbiətin inteqrasiyası.