CƏMİYYƏT


Şəkidə yol qəzasında moped sürücüsü həyatını itirdi

Şəkinin Kiçik Dəhnə kəndi ərazisindən keçən magistral yolda ağır qəza baş verib. İlkin məlumata əsasən Bərdə şəhər sakini, 49 yaşlı Xəqani Əkbərovun idarə etdiyi “Hyundai” markalı avtomobillə Suçma kənd sakini, 36 yaşlı Vasif Mənəfovun idarə etdiyi moped toqquşub. Hadisə nəticəsində Vasif Mənəfov yerindəcə keçinib.