Qaxda itkin düşən şəxsin meyiti tapılıb
03.08.2023 [21:15]
İyulun 23-də Qax rayonunun Sarıbaş kəndi istiqamətində itkin düşən rayon sakini 1993-cü il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun meyiti tapılıb. Günlərdi axtarışı aparılan şəxsin cənazəsini Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri təxliyə edərək, aidiyyəti üzrə təhvil verib.