CƏMİYYƏT


Zaqatalada kollec yandı

Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində yanğın olub. Kollecin ərazisində ümumi sahəsi 500 m² olan birmərtəbəli binanın (250 m² sahədə idman zalı və 250 m² sahədə mətbəx) dam örtüyünün yanar konstruksiyaları 450 m² sahədə, idman zalının yanar konstruksiyaları 100 m² sahədə və içərisində olan avadanlıqlar qismən yanıb.
Bu barədə Fövqaladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən məlumat verilib.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.