Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Kalaşnikov” markalı avtomat daşıyan şəxslər saxlanılıblar

05.08.2023 [13:43]

Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə polis bölmələri avqustun 4-də hüquqpozmalara qarşı növbəti dəfə gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.
Tədbirlər çərçivəsində Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən, əvvəllər məhkum olunmuş Ramil Hüseynov Hökməli qəsəbəsi ərazisində saxlanılıb. Onun üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq və 6 ədəd patron aşkar edilib.