Binəqədidə qatar relslərinin ətrafı yandı
05.08.2023 [19:58]
Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq ərazidə yanğın baş verib. Yanğın nəticəsində təxminən 1,5 hektar sahədə quru ot, kol-kos və dəmiryolu şpalları yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib.