MƏDƏNİYYƏT
Şahdağ Milli Parkının son nöqtəsi - Baş Daşağıl kəndi
06.08.2023 [11:08]
Ölkəmizin Şimalı ilə Şimal-Qərbini birləşdirən Böyük Qafqazsilsiləsində həm də Şahdağ Milli Parkı yerləşir. Milli Park Böyük Qafqaz dağlarının əksər hissəsi- 130 min hektardan bir qədər çox ərazini əhatə edir. Bu möhtəşəm, əsrarəngiz gözəlliyin son nöqtəsi isə Oğuz rayonunun Baş Daşağıl kəndində tamamlanır.
Şahdağ Milli Parkının digər ərazilərində olduğu kimi Oğuz bölməsi də geniş tutizm potensialına malikdir. Burada fərqliliklər-relyef əsasən meşəlik-dağlıq mənzərələrlə biri-digərini əvəzləyir. Havası, çayları, şəlaləsi, bitki örtüyü insanda xoş aura, birruh, əhvalyaradır.