CƏMİYYƏT


Matəm günü ilə əlaqədar Bakıdakı Gürcüstan səfirliyində bayraq yarıya endirildi

Xəbər verdiyimiz kimi, avqustun 3-ü günorta saatlarında Gürcüstanın “Sunset Shovi” otelinin ərazisində torpaq sürüşməsi baş verib, nəticədə otelə gedən körpülər və yollar dağılıb. Tbilisi meri Kaxa Kaladze Şovi kurortunun tamamilə dağıldığını bildirib. Təbii fəlakət nəticəsində həyatını itirən insanların sayı 17-yə çatıb. İndiyədək ərazidən 210 nəfər təxliyə olunub. Hadisə qurbanlarının xatirəsini yad etmək məqsədilə Gürcüstanda 7 avqust matəm günü elan edilib. Bakıdakı Gürcüstan səfirliyində də bayraq yarıya qədər endirilib.