Prezident İlham Əliyev Qazax rayonuna səfər edib
07.08.2023 [19:38]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax rayonuna səfər edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.