İsti havalarda ən çox üzləşdiyimiz xəstəliklər
08.08.2023 [18:27]
Son günlər havanın temperaturunun kəskin yüksəlməsi bir çox insanlarda, xüsusən meteohəssas qrupdan olanlarda müəyyən problemlərə səbəb olur. Kardioloq Aytəkin Həsənova deyir ki, bu problemlər arasında ən çox ürək-damar xəstəlikləri ön plandadır. Havanın istiliyin artması ilə bədən temperaturu da dəyişir. Tərləmə prossesi başlayır və beləcə, yavaş-yavaş bizə lazım olar mineralları itiririk. Bu da o deməkdir ki, isti günlərdə qidalanmaya xüsusi diqqət etməliyik.