İQTİSADİYYAT


Laçında tikilən Aqro və Sənaye Parkında işlər sürətlə aparılır

Laçın şəhərinə birdəfəlik qayıdan əhalinin məşğulluğunu artırmaq üçün inşa olunan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Bunlardan 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub.
Aqro və Sənaye Parkının tikinti rəisi Efe Emir Demirel bildirdi ki, Laçın şəhərində tikilən yeni Aqro və Sənaye Parkında işlər gecə-gündüz aparılır.