CƏMİYYƏT


Prezidentin Qarabağ regionu üçün açdığı DOST Mərkəzi

Prezident İlham Əliyevin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin missiyası Azərbaycan əhalisinin dövlət tərəfindən təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışının təmin edilməsidir.