CƏMİYYƏT


Lənkəranda təhlükəli çimərlik ərazisi nəzarətə götürülüb

Lənkəran rayonunun Sütəmurdov kəndində ən yaxın xilasetmə məntəqəsindən 6km aralı yerləşən qeyri-çimərlik ərazidən istifadənin təhlükəli sualtı relyefə, sürətli sualtı axına və digər təhlükəli xüsusiyyətlərə görə həyat və sağlamlıq üçün birbaşa risk yaratması barədə yerli vətəndaşlar arasında təşkil olunan təbliğat xarakterli tədbirlərə baxmayaraq,son günlər ərzində həmin ərazidə 4 nəfər batıb. FHN-in dalğıc-xilasediciləri batan şəxslərin cəsədlərini çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər. Nazirlik bu hadisələrdən sonra ərazini nəzarətə götürüb.