Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Futbol azarkeşlərinin diqqətinə - ictimai nəqliyyata üstünlük verin

10.08.2023 [19:08]

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) “Qarabağ” - HIK və “Neftçi” - “Beşiktaş” oyunları ilə bağlı vətəndaşlara müraciət edib. İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, azarkeşlərə oyunların keçiriləcəyi ərazilərə gələrkən, əsasən, ictimai nəqliyyata üstünlük vermək tövsiyə olunur.