Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçın sakinləri doğma yurda qayıdır, daha 23 ailə yeni evlərinə köçdü

10.08.2023 [19:37]

Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 93 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 203 ailə, yəni 793 nəfərin daimi məskunlaşması təmin edilib.