CƏMİYYƏT


Qeyri-sabit hava və əlverişsiz şərait Tovuzun dağ turizmi imkanlarını geri salır

Qərb rayonlarında turizmin inkişafı üçün əlverişli şərait var, xüsusən də dağlıq bölgəyə malik Tovuzda. Bura üz tutanlar əsasən yayda dağlıq ərazilərə maraq göstərdiyindən elə turizm obyektlərinin çoxu da həmin yerlərdədir. Rayon mərkəzindən 20-25 km uzaqlaşdıqdan sonra Əsrik dərəsi boyunca irəlilədikcə əsrarəngiz təbiət insanı valeh edir. Xüsusən yeməklər və dadlı təamlar, sərin bulaq suları var. Lakin gecələmək üçün şəraitli yer tapmaq, bəzən də rabitə və internet barədə çətinlik yaşanır.