Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya Kubokunun 1/16 və 1/8 final mərhələləri

11.08.2023 [18:44]

Avqustun 11-də Bakıda şahmat üzrə Dünya Kubokunun dördüncü raundunun (kişilər arasında 1/16 final, qadınlar arasında isə 1/8 final) tay-breyki keçirilib. Azərbaycan şahmatçısı Nicat Abasov 1/16 finalda FİDE adından çıxış edən Pyotr Svidlerlə dueldən qalib ayrılıb. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.