CƏMİYYƏT


Plastik kartlarla xaricə səfər edənlərin diqqətinə: Limit var

Mərkəzi Bankın qərarıyla “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklik edilib. Belə ki, xarici ölkələrdə yerli bank kartlarından nağdlaşdırmalarda limitlər müəyyənləşdirilib. Milli Məclisin deputatı Vüqar Bayramov yeni qərarın mahiyyətini açıqlayıb.  Belə ki, yeni dəyişikliklərə əsasən, Azərbaycan plastik kartlarıyla xaricə səfər edən zaman vətəndaşlarımız ay ərzində 10 min dollardan artıq vəsaiti nağdlaşdıra bilməzlər. Ona görə də xaricə səfər edən və xaricdə nəğd pula ehtiyacı okan vətəndaşlarımız bu limiti nəzərə alması və buna uyğun olaraq nəğd xərclərini nəzərə alması olduqca vacibdir.